هر گؤن دؤرد یارپاق وورغو،هر چاغ بیر آغرئ-یارئش

Tutulmaz

عضو جدید
کاربر ممتاز
Nə bilirsən yoldaşım!
Nə bilirsən Eldaşım!
Mən bir elin yükünü
Kürəgimdə daşıyan
Mən bir dəli,dağları
Eyləmişəm aşıyan
Neynəyirəm ömürün
Üzününü qarşıyam?

Bir yerdəki Düzlügü
Kəsir bütün əyrilər
Bir yerdə ki dirinin
Ətin yeyir dirilər
Bir yerdə ki ışığı
Gizlədirlər bulutlar
Yaşayışın ərzişi
Neçə gedər nə dəyər?

Neynəyirəm yaşıyam!
Arzıları qarşıyam

Bir yerdə ki fələkin
Hər yıxıldıqca alqışı
Bir səs salır zamana
Dönərgələr bir olub
Basır səni yamana
Nə əl çatır fələkə
Nə səs çatır amana
Neynəyirəm nəfəsi
Neynəyirəm bu səsi

Bir yerdə ki İnsanlar
Düzülüblar yan-yana
Qucağında Ananın
Bala batır al qana
Nə bir qonşu tapıram
Nə bir həmdəm ki qana
Yaşayışı neynirəm!
Kimsə ölməgi istər!?
Ölüm gəlcək basar tər
İndi heç gör əcəlin
Mələkəsi qonursa
Ürəgimə bağrıma
Heç gör bircə dinərəm
Yaşayışı neynirəm!

Ondakı dolaq geçə
Sədaqətin qapısın
Yakı kədərlər sıxa
deyə könül əzil,sın

Ya kı düzlük qapısı
Həmməşəlik bağlana
Bağrın ola közərti
Hey kül olub hey yana
Neynəyirəm ömürün
Dördlügünü,döngəsin
Bir ilin ki döngəsi
Təkcə qışla dolana
Bir sadəcə baxışlar
Zərliyə tez allana
Yaşayışın ərzişi
Nədir döngə gərdişi?

Ondakı bir səlama
Gözün gəzə yolları
Qoya yolda özgələr
Öz baxışın güzgüdə
Gəlməyə sənə sarı
Satalar beş qırana
Oynayalar gülələr
Hər yerindən durana
Gülə məhəbbət-yarı
Dinmə sən ax da barı!
Sən ki tanırsan xarı!
Yoxmudur heç bir arı
Nələr dünyada varı!?

Bax şövkətə heybətə
İndi mən bir kürəyəm
Bəlkədə lap artığam
Hey közərrəm kül ollam
Qırmızı bir gül ollam
Bu təndirdə ama heç
Bişirməzlər ağ çörək
Vərdənəçi bu unu
Qızıl-güldən yaş edib
Bu xəmiri bu onu
Yatırdıblar Anara
İndi basarlar nara

Hər nə desəm havadır
Bən dedigim sözlərim
Sənə ancaq yavadır
Səndə bir sərxoş gibi
Məncə bir noxoş gibi
Döhtürdən cavab olmuş
Heç açılmaz bu solmuş
Fırtanalar saldılar
Ürəgimi aldılar
Fırtanalar qasırğa
Gəmimə od salıbdı
Gəmim suda dalıbdı
Döhtür bəni nə anlır!?

Hər nə desəm havadır
Bən dedigim sözlərim
Sənə ancaq yavadır
Səndə bir sərxoş gibi
Məncə bir noxoş gibi
Döhtürdən cavab olmuş
Yavan suyu veriblər
Ancaq bənə davadır!

Bən bu ELə-obaya Parlayan ulduz oldum
Gün vurankən Elimə,ərilməyən buz oldum

Mən bu elin xəznəsi,qurtulmayan sözüyəm
Nəfəsimdir bir nəfəs,baxışıyam gözüyəm

Soruşsalar kiməm bən,
Dəli-dıvanayam ən

Mən bir sədəf,inciyəm
Ömürüm boyu kimsədən
Ər olmayım inciyəm

Bax gör nə tez pir oldum
Bağlandım zəncir oldum
Mən bir dəli,dıvana
Ayıma bax ay cana
Hər nə edən bu hala
Əlimdəki sazımdır
Altı ağac qar-buzu
Baharımdır yazımdır

Döşənmişəm çöllərə
Çöldən odun dərirəm
Mən bu qarda şaxdada
Bir od qurub ərirəm


Bu mənə iş olub iş
Könül qaldır təndirin
Nəfəsini,odonu
Qoy ügərəgin sufrasın
Təndir üstə qızış,piş

Zəncirə mən bəst ollam
Min gəz ölüb həst ollam
Oyna könül toyundur!
Görnə haldır oyundur

Yatma oyan tez ol du
Qulaq ver bu çölə sən
Hər yaranan bu çöldə
Bu gec durub deyir hu
İndi günüz doğar tez
Bu gündüzdən bezar bez

Gələni tək ulusu
Min baxışda görürəm
Yazıq deyən kimsədir
Biri dava görsədir
Pıçıldaşırlar yavaş
İmam hüseyn bir yol aş
Bu əsrin bir dəlisi
Gəlir nala,vay səsi
Qışqırırı hər zaman
Bu gün bu gec bu çöldə
Hər nə yaranmış adam
Yeni əsrin dəlisi
Ya bir Məcnun,Vurğunu
İndi budur,budur bu

AŞIQ PƏKƏR
 

پاپاتیا

عضو جدید
کوسموشم / عاصم اردبیلی

دؤزموشم او قدر هیجرانه ، دؤزومدن کوسموشم
اوزموشم امید وصلیندن ، اوزومدن کوسموشم
اویموشام ایللر بو ظاهربین گؤزون فیتواسینه
ایری لر دوز گؤزموشم از بس ، گؤزومدن کوسموشم

گؤرموشم چون مصلحت چنگینده ، طبعیم رام اولور
ائلدن ایلهام آلدیغیم شیرین سؤزومدن کوسموشم
تکجه عاصم سؤنمه ییر سینه مدن عشقین آتشی
سانما بئش گونلوک سمندر تک کؤزومدن کوسموشم
 

Tutulmaz

عضو جدید
کاربر ممتاز
Daha,bu son sözümdür
Nə bu yana nə oyan
Qurtulubdur dözümüm

Bu yol caysam yolumdan
Yapışmasan qolumdan
Gedib daha gəlmərəm
Bu deyişim,son-sözüm

Kimə deyirsən içim
Bir qulup and ya ağı
Yorulmuşam daha mən
Parçalamaq bu dağı
İnsafın olsun axı

Nəcür bənə edirsən
Yaşayışı uzun,dar
Bu işində nə iş var!?
Olma ölümdən sora
Yağdıracaqsan narı!?
Kimə gedim ax sarı!
Bu nə işdir ax tarı!

Bu yol caysam yolumdan
Yapışmasan qolumdan
Gedib daha gəlmərəm
Bəndəligin ataram
Qıldığlmlar savabı
Bir manata sataram!
Yaayışın şərbətin
Varlığımdan ataram
Dünyada nə üsyanlıq
Ya sarmaşıq dumanlıq
Nə olursa yamanlıq
Harda zülüm-qaranlıq
Mən gedərəm o ollam
Yandıracaq od ollam

Bu nə peşə,nə işdir
Bu bəsatı yığışdır!
Sən ki təkcə danışdın
Savcılarla,ya yarla
Sən ki odu gül etdin
Sərinliklə ya qarla
Ya bir köyül ya ğara
Söz göndərdin o yara

Neynəyirdin da bizi!?
Onlar görməzmi sizi?
Nə bir nişan nə yeri
Nə qabaqda nə geri
Qalmayıbdır bir izi
Qoydum yerə da dizi
Ya teşəni peşəni
Daha şəkil qazmaram
Adınızı yazmaram

Neynəyirəm qıraqda!
Doslarımdan uzaqda
Bir dənizin dibində
Hər axşamlar,gec,gündə
Bir sınıx çöp əlimdə
Təkcə bir ad dilimdə
Hey yazım mən qıraqda
Yalnız masa üstünə
Mən yazcağı masada
Bu dənizdən bir dalğa
Göndərəsən Qırağa
Ya yağışın bir yağa
Sən siləsən yazını
Oynadasan Çalasan
Nəcür süvsən sazını

Bəlkədə hey sevirsən
Mən yazam sən siləsən!
Bəlkədə heç atıbsan
Bəni başından artıq
Yalnız başmaq gibisi
Yorğun,batıqla yırtıq
Bəlkədə bir əyricə
Hələbi tək qıraqda
Etmiş oynaş bir toplum
Cocuqlara,qırnaca
Ya hər gələn gedənə
Atsın mənə bircə daş
Bən səs verim deyim tıq!
Bəlkədə heç səsimi
Basdırırlar kəsirlər
Göydə günah-bulutlar
Ya heç özün dinmisən

Bəlkədə heç deyirsən
Min söz bircə sözümə
Oğrayırlar səsini
Ufuqdakı cinçələr!
Nə deyirsən?,deyirsən
Bax söyçüyə!Nə sırtıq!

Daha,bu son sözümdür
Nə bu yana nə oyan
Qurtulubdur dözümüm
Bu yol məncə sevəni
Sevməyəsən özün tək
Bu yol caysam yolumdan
Yapışmasan qolumdan
Gedib daha gəlmərəm
Daha nə mən nədə sən!

Amma bilirəm artıq
Dediklərim havadır
Çirkin bu suçlarım tək
Edilməzdir yavadır

Ancaq bilirəm genə
Sevməyəcəksən yenə
Nə bir sərin qarılan
Odumu söndürərsən
Nə bir darğın Köhülə
Bir savı göndərərsən

Ancaq bilirəm artıq
Ürəgin lap dayaqdır!
Ürəgimdə həp yenə
Dedigimə qulaqdır

Olsun bilirsən axı
Bən ki atmam səni heç!
Yalan dedim tovladım
Bu daşı mən Götürdüm
Gör haracan tovladım!
Bax işimə peşimə
Öz könlümü tovladım!

Bu daş getdi na getdi
Düşdü,düşdü nə düşdü
Dönərgənin aşına
Dönərgə öz daşımı
Qaşığıma çıxatdı
Bu daş getdi nə getdi
Asımana samaya
Səlam verdi gün-aya
Uçmaqda bir şırrana
Dəydi yaman,nə dəydi
Şəlalənin qaşına
Şırran demə,nə şırran
Saldı daşı çaya o
Daş yeridi yeridi
İçində bir qulup su
Çıxdı daşım suya bu

Bu daş getdi nə getdi
Keçdi göyü-buludu
Dəgdi Alkım başına
Alkım qaşı qanadı
Döndü yeddi boy oldu
Hər biri bir soy oldu

Öz atdığım daşa bax!
Mən yazmışdım o daşa
Dərmanımı dərdimi
Bəlkə eşidsin bir kəs
Çatsın dada amana
Qanlı-daşım nə dəydi
Eylədi tez kamana
Gəldi könlümə sarı
Dəldi daşım,könlümü
İndi gördüm önlümü

Könlüm qusur ha qusur
Qırnızı-qan,yağını
Ancaq dınmır,tək susur!
İndi bağrı açılıb
İstir ağı öskürə
Da bu sözə söz olmaz
Kimsə bundan göz olmaz
Maşa"allah maşallah
Bax heybətə ay allah!
Səndə gördüm özümü
Bir zamanda bir çağda
Kimsə gördü bu dağı
Bax cavanda dözümü
O gətirdi dilinə
Bu söz daha çöp ilən
Bir qıraqda masada
Yazılmayıb silinə


Maşa"allah maşallah
Bax heybətə ay allah!

Könlüm istir öskürə
Vulkan istir püskürə
İndi sən gör dağını

Bəlkədə heç yazınım
Ya dedigim sav haman
Gəlib tanrıdan sarı
Bu daş bir sav gətirib
Yaxıb könlümə sarı

Bəlkədə heç cicigin
Gəlir səndən ğayrısın
Sevəm,yada seviləm

Bən buludam yağışam
Bax yağmurlar damcısı
Gör səsini havasın
Dəyirmanın ikicə
Necə çalır daşına
Bax sazımın siminə

Bən buludam yağışam
Qəm tomunu əkərəm
Ağı dərdi çəkərəm
Sınıx,yalnız köksədə
İstəsələr qalaram
İstəsələr çökərəm
Bax gör kiməm!,PƏKƏRəm
Bən buludam yağışam
Bax gör necə AŞIĞam!

Genə gözüm yoldadı
Ancaq tanrı!,deyirəm:
Bu son sözüm olacaq
Gəlməsə heç bir xəbər
Gərək burdan daşınam


 
آخرین ویرایش:

t#h

کاربر حرفه ای
کاربر ممتاز
بیر گون آغئز قالئ بؤش
بیر گون دؤلی داد اؤلی
گون وار کی,هئچ زاد اؤلماز
گون وار کی,هر زاد اؤلئ
.
.
استاد شهریار
 

Tutulmaz

عضو جدید
کاربر ممتاز
Bu son görüş nə acı imiş
Zəhər gibisi
Nə bəndə bir cəsarət oldu
Nə səndə etina

İndidə bən ağısını yazıram
Sakı nə!
Nədən burdayam?
Nədən?
Bunca deyil ki gündəki alqışlardan
Adət iyisi gəlir!
Ya
Gündəki keçitdigim günlərdən
Xəyanət iyisi
Ya belə anladın bu gün dönərgə tərsə dönəcəkmi!?
Yox!
Haman dır
Haman

Gərək bir mən olam
Birdə mən

Daha gərək satmayam
Qırana
Alqışa
Hətta sənə

Bir gün bu olacaq
Təkcə mən olacağam,
Birdə mən,
Bu ikisindən sonra
Daha tanış görməyəcəyəm
Yanı,görmək olmur
Bir gün getmək gərək
Gərək
 

Tutulmaz

عضو جدید
کاربر ممتاز
Bu yaşayış bir sıqara gibisidir
Başlanışı dadlı
Sonu acı
Çəkdikcə qurtulur
Ömründən biraz qalmış səni atırlar yerə

Bən bir ucuzlu siqara gibi
Başlanışı acı
Sonu ağı
Təkcə buna qaldım
Nədən yarımçılıq atdılar yerə!
 

khosroshahiy

مدیر بازنشسته
سلام قارداش
گیریفتارچئلئخدئ دا


ائل یولوندا عومور بویو جان قویان

قوجالمایان افسانه یه عشق اولسون

بایاتی تک وارلیغی سونسوزلاشان

اونودولماز فرزانه یه عشق اولسون





یئری دولونماز بیر ایتگیدن

سوزه سیغماز بیر آجیدان

سونسوز بیردورو سئودادن

سورگوندن سورگونه



داشینان یاشانان بیر سئوگیدن

اومود بولاغیندان

ائل دایاغیندان

یورد چراغیندان

انسانلیغا اولگو بیر انساندان

سؤزو سولماز بیر گولوستاندان

بایاتیلار باهاریندان

آنادیلین دیاریندان

وقتسیز سولان بیر چمندن

حسرت اولان بیر وطندن

سؤز دئمه یه سؤز دایانیر

سؤز اوتانیر سؤز آغلاییر


سويلين: نخجوان شاعري
اسماعیل جمیلی
 

Tutulmaz

عضو جدید
کاربر ممتاز
Yaşasan Yaşaram
Ölsən ölərəm
Yan deseənsə
İnan yanaram
Ağlasan ağlaram
Gülsən gülərəm

Ancaq desən yox
Ya geri dönsən
Yada üzümdən
Döndərsən üzün
Ya bəni görcək
Bətin döndərsən
Nə ölləm qurtulam
Nə qallam yaşıyam
Gərək bu qəmi
Bir ömr taşıyam

Dolsan,bulud tək
Bəndə dolaram
Solsan saralsan
Qızıl-gül gibi
Dəyər çor bənə
Solub sarallam

Ağlasan,yağış tək
Dollam,yağaram
Gülsən,günəş tək
Gülüb,yanaram

Dinməsən dinmərəm
Dinsən dinərəm
Qalsan qalaram
Keçsən,keçərəm

Ancaq desən yox
Nə ölləm qurtulam
Nə qallam yaşıyam
Bu qəm-kədəri
Bəlkə min ömür
Gərək yaşıyam
Gərək taşıyam

AŞIQ PƏKƏR
 

پاپاتیا

عضو جدید
جمالیندیر نگارستان


منیم ای نازلی دلداریم ، منیم ای دردیمه درمان


منیم ای دولتیم ، واریم ، باغیشلا ، گئچ گناهیمدان


سالاندا سن منی بنده ، یاخینلیق اولماسا سنده


اگر قانیمی تؤكسنده ، یولومدان دؤنمرم بیر آن


شیریندیر لبلرین دلبر ، او گول رخسارینی گؤستر


یازیق كؤنلوم سنی ایستر ، منی الدن سالیر هجران


جمالین پرده یه سالما ، بو عاشیقدن اوزاق قالم


اگؤزومدن انتقام آلما ، منی قویما بئله حیران


بدخشان لعلی سنسن یار ، اوزون یاقوت كیمی پارلار


سنون حسنونده دیر گلزار ، جمالیندیر نگارستان


منیم چین لیلی ، عمر انسان ، و یا بلقیس و صنعانسان


یادا بیر ماه كنعانسان ، سنه اولسون جانیم قوربان


منی سنی مجنون ائتمیش سن ، حیاتدا محزون ائتمیش سن


اوزونه مفتون ائتمیش سن ، ائدیبسن قلبیمی بریان


دئییردیم من سنین یارین ؟ كی اولدوم ایندی بیمارین


سنین نورانی رخسارین ، منی یاندیردی ، ای جانان


نظامی اولدو بیچاره ، ائدیب هجرانین آواره


تاپیلمیر دردینه چاره ، اولوب جاری گؤزوندن قان




 

khosroshahiy

مدیر بازنشسته

mahz

کاربر حرفه ای
سلام من اونقدر ترک نیستم که تو مسابقه شرکت کنم
اما به زبان ترکی بسیار علاقه دارم
ترکی ما با شما فرق میکنه
فقط خواستم عرض ارادت بکنم خدمت دوستان اذری زبان عزیز
بنده سیزه چوخ سویوروم
غلط املاییش رو ببخشید:gol::gol::gol::gol:
 

khosroshahiy

مدیر بازنشسته
سلام من اونقدر ترک نیستم که تو مسابقه شرکت کنم
اما به زبان ترکی بسیار علاقه دارم
ترکی ما با شما فرق میکنه
فقط خواستم عرض ارادت بکنم خدمت دوستان اذری زبان عزیز
بنده سیزي چوخ سویوروم
غلط املاییش رو ببخشید:gol::gol::gol::gol:

بيزده سيزي چوخ سويوروخ سيز هارانين تورك لرين ننسيز(از تركاي كدوم منطقه ايد)
 

mahz

کاربر حرفه ای
بيزده سيزي چوخ سويوروخ سيز هارانين تورك لرين ننسيز(از تركاي كدوم منطقه ايد)
سمت اراک البته ما ها دیکه ترکی حرف نمیزنیم
من هم چون با پدر بزرگ و مادر بزرگم زندگی کردم یه چیز هایی متوجه میشم
ممنون دوست عزیز
 

khosroshahiy

مدیر بازنشسته
سمت اراک البته ما ها دیکه ترکی حرف نمیزنیم
من هم چون با پدر بزرگ و مادر بزرگم زندگی کردم یه چیز هایی متوجه میشم
ممنون دوست عزیز
:gol::gol::gol:

بو ديل بيزيم روحوموز ، عشقيميز ، جانيميزدير
بو ديل بيري ، بيريميزله عهدي ـ پيمانيميزدير
بو ديل تانيتميش بيزه بو دونيادا هر شئيي
بو ديل اجداديميزين بيزه گويوب گئتدييي
أن قيمتلي ميراثدير ، اونو گؤزلريميز تك
قورويوب نسلي لره ، بيز ده ورك هديه
بيزيم اوجا داغلارين سون سوز عظمتيندن
ياتاقينا سيغمايان چايلارين هيدّه تيندن
بو توپراقدان قوپان يانيقلي نغمه له ر دن
گوللرين رنگ لريندن ، چيچك لرين اييين دن
ميل دوزونون ، موغانين سون سوز گئنيش ليين دن
آغ ـ ساچلي بابالارين آغليندان ، كاماليندان
دوشمن اوستونه جومان او قيراتينينين نالين دان
قوپان سسده دن ياراندين !!!
سن خالقيمين آلديغي ايلك نفسده دن ياراندين !
آنا ديليم ! سنده دير خالقيمين آغلي ، حكمتي
بختيار وهاب زاده
 

mahz

کاربر حرفه ای
:gol::gol::gol:

بو ديل بيزيم روحوموز ، عشقيميز ، جانيميزدير
بو ديل بيري ، بيريميزله عهدي ـ پيمانيميزدير
بو ديل تانيتميش بيزه بو دونيادا هر شئيي
بو ديل اجداديميزين بيزه گويوب گئتدييي
أن قيمتلي ميراثدير ، اونو گؤزلريميز تك
قورويوب نسلي لره ، بيز ده ورك هديه
بيزيم اوجا داغلارين سون سوز عظمتيندن
ياتاقينا سيغمايان چايلارين هيدّه تيندن
بو توپراقدان قوپان يانيقلي نغمه له ر دن
گوللرين رنگ لريندن ، چيچك لرين اييين دن
ميل دوزونون ، موغانين سون سوز گئنيش ليين دن
آغ ـ ساچلي بابالارين آغليندان ، كاماليندان
دوشمن اوستونه جومان او قيراتينينين نالين دان
قوپان سسده دن ياراندين !!!
سن خالقيمين آلديغي ايلك نفسده دن ياراندين !
آنا ديليم ! سنده دير خالقيمين آغلي ، حكمتي
بختيار وهاب زاده
ممنون یه جاهایش رو فهمیدم خیلی لذت بردم
 

Tutulmaz

عضو جدید
کاربر ممتاز
Dandı bəni
Bəlkə dedi: olmaz bəndən bir dayaq!
Da bilməyir bən bir Elə dayağam

Atdı bəni
Bəlkə dedi:qarayam!
Da bilməyir bən doğrudan da ağam

Satdı bəni
Bəlkə dedi: paslı mis tək ucuzam!
Da bilməyir bən qızıldan bahayam

İnanmadı
Bəlkə dedi: yalanam!
Da bilməyir bən özüm bir İnamam

Ancaq olsam qara-çayır,ulu-dağ
Nə faydası!sata bəni tanışım!

AŞIQ PƏKƏR



 

Tutulmaz

عضو جدید
کاربر ممتاز
Uşaqlıq,o

Səni arz etdim,o
Mən olum birdə haman, birdə haman gün,o
Qane oldum beşikə, qane oldum süd içün,o

O xəyaldan özümə qəsr ayırırdım
O günün ısısı ilə bən can alırdım
Uçaraq quş gibi göydən bac alırdım
Dağı dağ üstə aşırdım
Sel olub arxla axırdım
Necə dəryayə dalırdım
Bir işarətlə, sevinc-dürrünü, yerdən qoparırdım
O məhəbbət-incələrin köksə salırdım
Varıdım varlıqı dün çağda danırdım,o
Hər nə istərmişidim zehn ilə bir tez yaradırdım

Nə süleyman gibi bir bəndəni qul etmişidim
Nə,həvasi qəsrilə-mur etmişidim
Mən bir ilham ilə
Külli dəryaları bir ləhzədə seyr etmişidim


Həvəsim bir quru yarpaq
İstəmir bir daha könlüm,o
Xoş ola hamı dərindən,o
hami insanlar içün

İndi insanlar olur qəsrimə pillə,o
Bəndə çıxarkən
Onların qanları olmuş süd içün,o
Bəndə içərkən

İndi ilham vərindən
Quru ibham arasında
Yalan sözdü dodağında
Dadı vardır damağında
Dağı artıbdı dağında
Yara vardır yarasında
Can verir gənc çağında

Odu ki, incə İnamlar
Qırılırlar bir bə bir
Heç olurlar,o
Ömrünün gənc çağında
O ilham alan könlü Boğurlar,o
İnamin lap qırağında!o

İndi ilham vərindən
İnsanlığın qol-budağın köklü biçirlər
Xuni-insani içirlər
Şərəfi dibli biçirlər


Küsürəm könlüm ilə,o
Küsməmiş bir səsi boğdum içərimdə

Sən küsüb barışarsan
Buludlarla qarışarsan
Qarışan kən
İnci hasrət bu bulurdan görnə sellər tökülürlər

Uşaqlıq o hicablar ki gözüm-üstü itirmiş
Qeybidən hər olumun sırrı bitirmiş
Nə içün bəndə böyüklük arzı etdım
Bilməzidim
Böyüdükcə sirrilərdə gözümdən itirmiş!o

Uşaqlıq, quru çöp tək anadan sən süd əmərsən
Ana can verdikcə onun canın içərsən
Boy atankən nə içün əməgin köklü biçərsən?o
Sən gül aşdıqca, o solarmış
Sən boşaldıqca, o dolarmış
Sən yıxıldıqca, onun rəngi atarmış
Nə içün nənə can səsləyib, səndə küsərsən!o
Sən bilərsən
Nədən oldum PƏKƏR, amma səndə “gülər” sən

Nə günüzlər ki güdürdüm ucalam
Yetirəm sərvicən ondan bac alam
Oturub damda,birdə o ulduzları sayaydım
Gecə,qısalankən,günəşin qanlı-dodağından kam alaydım
Dağların gül açanda
Məndə könlümün-dərdin açaydım
Dağların gül açanda
Məndə könlümün dərdin açaydım
 

Tutulmaz

عضو جدید
کاربر ممتاز
Şair, nə tez qocaldın sən...!

Nemətsə də gözəl şeir,
Şair olan qəm də yeyir.
Ömrü keçir bu adətlə,
Uğurlu bir səadətlə.
Görən məni nədir deyir:
Saçlarına düşən bu dən?
Şair, nə tez qocaldın sən!

Dünən mənə öz əlində
Gül gətirən bir gəlin də
Gözlərində min bir sual
Heykəl kimi dayandı lal…
O bəxtəvər gözəlin də
Mən oxudum gözlərindən:
Şair, nə tez qocaldın sən!

Ovçuluğa meyil saldım,
Gecə – gündüz çöldə qaldım,
Dağ başından enib düzə
Bir ox kimi süzə – süzə
Neçə ceyran nişan aldım;
Cavab gəldi güllələrdən:
Şair, nə tez qocaldın sən?

Bəzən uca, bəzən asta,
Ötür sazım min sim üstə.
Andı yalan, eşqi yalan,
Dostluğu da rüşvət olan,
Ürək yıxan bir iblis də
Üzəvari deyir hərdən:
Şair, nə tez qocaldın sən!

Saç ağardı, ancaq ürək
Alovludur əvvəlki tək.
Saç ağardı, ancaq nə qəm!
Əlimdədir hələ qələm…
Bilirəm ki, deməyəcək
Bir sevgilim , bir də Vətən:
-Şair, nə tez qocaldın sən!


(1953)

SƏMƏD VURĞUN
 

Tutulmaz

عضو جدید
کاربر ممتاز

Gözəl,şerə deyən kimdir?
Sən gəl bircə şeri dindir
Dinlə bir gör nələr deyir
Ürəgini nədən yeyir!
Görgəc səndə bir gənc şair
Tutqun bətlə deyəcəksən:
Şair,nə tez qocaldın sən!

Hançı gülü!,hançı gəlin!
Ölmədədir tezli gəlin
Başı altda bircə bərk-daş
Qabağında,güzgü,göz yaş
Görcək özün təkcə,şair
Deyər:şair!bu sənsən,mən!?
Şair,nə tez qocaldın sən!

Bu dağlarda ov havası
Nə incitdi al-yarası!
Axsar-axsar dedi dağlar!
Bu yara son köksü dağlar
Ona dəycək mən incidim
Dinməz,güldü dedi o tən:
Şair,nə tez qocaldın sən!

Düşmən bilməm nərdə qaldı
Bəni dostum dərdə saldı
Son-baxışda düşmən,dostum
Birbirinə dedi sis,tum
Onlar dinməz mən anladım
Parlaq-gözdən,yağış,qar,çən
Şair,nə tez qocaldın sən!

Bel büküldü,saç töküldü
Başdan-ətək yağan küldü
Həm sevgilin,həmi vətən
Dinlədibdir səni çox,ən
Şair səni mən dinlirəm
Deyir:sənə əli yetən
Şair,nə tez qocaldın sən!

Ancaq sevgi,ancaq vətən
Biri canım,birisi tən
Dinlənməyən,mənəm nə sən
Gənc-çağında əli əsən
Küsən olsa,qoy mən küsüm
Eldən,sevgi,səndən,Vətən
Şair,nə tez qocaldın sən!

Geçməm şair!,geçməm Eldən
Saçım edən,Eldir dən-dən
Sənsən VURĞUN,Mənəm AŞIQ
Kimsə bizə dir yaraşıq?
Yenə düşcək,göz güzgüyə
Deyir:güzgü bənə hərdən
Şair,nə tez qocaldın sən!

AŞIQ PƏKƏR
2011
 

Tutulmaz

عضو جدید
کاربر ممتاز
İnsanlıq əsrində,tərəqqi çağı
Nələr gördümmü insandan sora!
Yaşayış sonunda nəfəsim ağı
Şanlığım yetişməz,ağzıma qora

İnsanlıq əsrində orman qalmadı
Ormana başabaş asfalt saldılar
Yerinə,heyvanlar köçdü ormandan
İnsanın yerini köydə aldılar

Ormanın yasası doldu şəhərə
İnsanlar köçdülər şəhərdən dağa
Başını saxlamaq istədi hərə
Bürüdü yoldaşın,yoldaşı ağa

Saxlamaq meşəni eylədik peşə
Bu yolda insanlar bələdik qana
Sinəsin,bağrını eylə cırdıq biz
Eyləsin deyim kim rəhmət heyvana!

Adınız İnsandır,bezdik ormandan
Nə bildik ormanı gətdik şəhərə
Nə fərqi indi də orman şəhərdən
Özünə fikr edir bu yanda hərə

Bilirəm ulusda bezarıb bəndən
Doğru-söz bunlara olubdur palan
İstəyir acığın gəlsin ya xoşun
Nə qədər üzlülük,nə qədər yalan!


Demişlər keçməz həp düzü,əyrilər
Bir çağda gözümlə gördüm yanlışın
Bir əyri,nə əyri!keçəndə düzü
Bir kölgə apardı düzün anlışın

Demirəm İnsanam,bəndə bir heyvan
Yığışdıq yığnağı eylədik sürü
Yedikdə içdikdə yırtdıqda,cırdıq
Doymadıq dedik biz,artıqraq yürü

Şəhəri edəndə ormanlıq-meşə
Nədənsə yasaya apardıq əl biz
Nə aslan,nə çaqqal,nə tülkü,peşə
Eylədi özünə etdigiz iş siz

Heyvandan İnsana dönmək istirəm
Bu şəhər deyil heç insana oba
Köy-kəndi boşmaq,köçmək istirəm
İnsanlar buradan köçdü odur ba

Vurğunluq yazılıb anlıma bənim
AŞIĞa nə gərək yaşamaq burda
İnsanın,şəhərin daşını atsən
Çön daha qayıtma PƏKƏR bu Yurda
 

Tutulmaz

عضو جدید
کاربر ممتاز
Min tiri-tə"nə dəydi mənə,zindi"əm hənuz
Bir tir ilə utanmadı can verdi əşkibus
Sərraf nəqdi-şer daxi xərcə getmiri
Min beytidən müqəddəm olub indi bir fülus

TƏBRİZLİ SƏRRAF

 

Tutulmaz

عضو جدید
کاربر ممتاز
Xoşa canan ilən həmdərdü həm raz olduğum günlər
Səri-kuyində itlərlən həm avaz olduğum günlər

Əlimdə tari-zülfü qissə pərdaz olduğum günlər

Könüldə nari-eşqi söz ilən saz olduğum günlər
Olan məcnun kimi zənciri-eşqə bəstə canım vay
Vətən avarəsi,qurbət əsiri,xəstə canım vay


TƏBRİZLİ SƏRRAF
 

Tutulmaz

عضو جدید
کاربر ممتاز
ایکی کلام دا شعرین آللاهئندان یازئم...


Sultani-cahan olsa, gedər, canə inanma,
Bir gün pozulur, şövkətü divanə inanma,
Çün baqi-deyil, mülki-Süleymanə inanma,
Gər aqil isən, gərdişi-dövranə inanma,
Bir cam yetir, saqi, bu dövran belə qalmaz,
Tən bir gün olur xak ilə yeksan, belə qalmaz.



VİDADİ

 
بالا