Mən bir xərəbədə susuz-nəfəssizəm
Düzdür çırağı yoxdu evin,əşsizəm
Ancaq yoxumdu sivayi-yanmadan sora
Ya mən yoram çırağı ya çıraq yora
Dövranə çox nəzər salıb diqqət etmişəm
Yoxdur düzü dünyanın,tərsə yetmişəm
Mehrini salmışam ürəkdə qətrə xun
Gör neyləyir zəmanə bu aşiqi dun
Düzdür yoxum inəcən ümidim bəs!
Mən beylə ümidsiz salmışam cəhanə səs
Ancaq mənə bir işarə kifayətdir
Çün aşiqəm bu rəh gündəki adətdir
Gər hasil olmaya ümmidi kəs mənə
Qırram bu təsbihi-ömrü,ömr bəs mənə
Bu naz ilə yerişin canımı pünhan aparar,
Dağ seli hər nə çıxar qarşıya asan aparar.
Hər kimin yoldaşı olmazsa münasib yolda,
O özüylə elə bil ah ilə əfqan aparar.
Xacə, zər yığma daha, bir yada sal son gününü,
Arını gör, pətəyindən quruca can aparar.
Butədə işdi qızıl pullar əritsə bir adam,
Xeyri olmaz bu işin, axırı böhtan aparar.
Əyri ox, əyri adam dövrüdü, Saib, indi,
Düz adam düz oxu hardan tapıb, hardan aparar.
TƏBRİZLİ SAİB