BU, SAQİYİ-BƏZMƏ BADƏ
ÜÇÜN XİTABDIR
Saqi, kərəm eylə, cam gəzdir!
Tutma, qədəhi müdam gəzdir!
Dövranə çox etibar qılma,
Gəzdir qədəhi, qərar qılma!
Tök alıb ələ gümüş sürahi,
Zər sağərə ruhbəxş rahi.
Sərf eylə riayətimdə əltaf,
Tənhalığımı gör, eylə insaf!
Şüğlüm bu büsat içində çoxdur...