Qoyubdur intizarında, neçin gəlməz, neçin gəlməz?
Həmişə ahü zarında, neçin gəlməz, neçin gəlməz?
Üzüldüm karivanımdan, el üzdüm xanimanımdan,
Fələk incir fəğanımdan, neçin gəlməz, neçin gəlməz?
Gedibdir qafiləsalar, olubdur gözlərim xunbar,
Nə bir yarü nə bir qəmxar, neçin gəlməz, neçin...