Bu naz ilə yerişin canımı pünhan aparar,
Dağ seli hər nə çıxar qarşıya asan aparar.
Hər kimin yoldaşı olmazsa münasib yolda,
O özüylə elə bil ah ilə əfqan aparar.
Xacə, zər yığma daha, bir yada sal son gününü,
Arını gör, pətəyindən quruca can aparar.
Butədə işdi qızıl pullar əritsə bir...