Fələyin çarxı əzib, qalmamış heç kəsdə nəfəs,
Bacası yoxsa evin şam kimi sən yanma əbəs.
Dövranın dönməsinə diqqət ilə bir nəzər et,
Dünyanın işləri, gör, düzmü gedir, yoxsa ki, tərs?!
Mehrini salma uşaq tək bu oyuncaqlara sən,
Ömrüdür təsbehin hər danəsi, sən vermə əbəs...