Heydər Baba, quru gölün qazları,
Gədiklərin sazak çalan sazları,
Kət kövşənin payızları, yazları,
Bir sinəma pərdəsidir gözümdə,
Tək oturub, seyr edərəm özümdə.
Heydər Baba, qaraçemən caddası,
Çovuşların gələr səsi, sədası,
Kərbəlâ’yə gedənlərin qadası,
Düşsün bu ac, yolsuzların...