Bəlayi-eşqə düşdürt, ey büti-mehparə, səbr eylə,
Günün oldisə gər hicran əlindən qarə, səbr eylə,
Ümidi-vəsli-cənnət eyləyib yan narə, səbr eylə,
Düşüb Məcnun kimi səhranı gəz avarə, səbr eylə,
Cəfayi-dövri-gərdun dunü kəcrəftarə, səbr eylə.
Bu ahugözlülər bağlar kəməndi-zülf ilə şiri,
Tökübdür...