Ay ana
Ay köksü parça-parça, ay ürəyi yaralı,
Ay süsənli, sünbüllü, bənövşəli, lalalı,
“Ay Qüdrətdən səngərli, ay qüdrətdən qalalı”
Səngərlərin boş qaldı, qalaların virana,
Bizim kimi oğula bir layla de ay ana.
Gəlin qaya qan ağlar, Dəli Dağı dardadı,
Susub ceyran bulağı, Səməd Vurğun hardadı...