Saqiya cam tut ol aşiqə kim qayğuludur \
qayğu çəkmək nə üçün, cam ilə aləm doludur.
Təlx göftarsız olmaz ləbi yar, ey aşiq \
çox həvəs eyləmə ol şərbətə kim ağuludur.
Qoyalım başı xumi badə əyağinə gəlin \
tutmaq olmaz onun hürmətini, bir uludur.
Bunca kim gah sifət başimə daşlar...